Notice: Undefined index: HTTP_ACCEPT_ENCODING in /home/bakucityhospital/public_html/unknown/framework/system/start/Start.php on line 169
bakucityhospital.az 

EMQ NƏDİR?

Tarix : 2017-08-07 12:12:12

EMQ NƏDİR?

EMQ sinir sistemi xəstəliklərində  diaqnoz qoymaq və ortaya çıxan hərəkət pozğunluqların dərəcəsini ölçmək  və bununla yanaşı aparılan müalicənin təsirini dəyərləndirmək üçün istifadə olunan müayinə üsuludur.EMQ sinir və əzələlələrin  elektrik siqnalların  yazılı ifadəsidir.Bu müayinə zamanı ən çox istifadə olunan iynə elektomiyoqrafiyasıdır.Müayinə zamanı xəstəni narahat etmədən ona elektrik cərəyanı verərək sinirlərin implus ötürmə funksiyasının ölçülməsi həyata keçirilir.Müayinə əsasında sinir və əzələlərdə  alınan impluslar yazılır və müəyyən xəstəliklərdə diaqnoz qoymaq və qoyulan diaqnozu təsdiq etmək,hərəkət pozğunluqlarını həmçinin struktur dəyişikliklərini dərəcəsi ölçülür. Müayinə əsasında verilən elektrik cərəyanı dəri üzərində yerləşdirilən kağız elektrodları ilə qeyd edilir.Əzələ liflərinin yüngül və güclü gərilmələri zamanı ayrılan impluslar ölçülür.Beləliklə xəstəliyin vücudun harasında olduğu və xəstəliyin artma dərəcəsi ilə bağlı məlumatlar əldə edilir.

EMQ aşağıdakı hallarda aparılır:

EMQ müayinəsi 2 mərhələdə aparılır:

I mərhələdə sinirlərə impluslar ötürülərək onlarda yavaşlama və ya hər hansı pozulmalar olub olmadığı araşdırılır.

II mərhələdə əzələrin problemli nahiyəsinə xüsusi iynələr batırılır, bu zaman əldə edilən nəticələr avtomatik olaraq komputerə ötürülür.

Sinirsıxışmaları

Əl barmaqlarında uyuşmalar

Əl və ayaqlarda zəiflilik

Hiss etmə qabiliyyətinin itməsi

Bel və boyun yırtıqlarında əmələ gələn sinir zədələnmələri

Əl və dirsəkdə sinir sıxışması

Ayaqlarda sinir sıxışması

Bud və çanaqda sinir sıxışmaları

Bel və boyun yırtıqları zamanı əmələ gələn sinir kökü zədələnmələri

Sinir sisteminin regenarativ xəstəlikləri

Xüsusi ilə bel və boyun yırtıqları zamanı sinir zədələnməmələrin olub olmamasını

Dəqiq diaqnozu EMQ vasitəsi ilə müəyyən olunur və  xəstəyə əməliyyat təyin edilməsində çox faydalıdır.Eyni zamanda şəkər xəstələrində tədricən yaranan əl və ayaq uyuşmaları kimi şikayətlərə səbəb olan nervopatiyanın diaqnozunda xüsusi ilə EMQ-dən istifadə edilir.