Bildiyiniz kimi hər bir şəxsin sağlam olması vacib şərtlərdən biridir.Bunun üçün ” Baku City Hospital”da , ilkin və dövrü tibbi müayinələrin(Chek-up müayinəsi) aparılmasını təklif edirik. Lazım gələrsə təcrübəli həkimlər tərəfindən yüksək texnologiyalardan istifadə etməklə evdə və ya iş yerində müxtəlif müayinələrin aparılması da
mümkündür. Təcili yardıma ehtiyacı olan, travma almış xəstələrə hər an yardım göstərmək üçün hazırlıqlı klinikanın olması vacibdir.Bu xidməti Alman avadanlıqları ilə təchiz olunmuş 7 mərtəbədən ibarət, hər cür tibbi şəraiti olan “Baku City Hospital “da 24 saat əzrində yüksək təcrübəli travmatoloq-ortopedlər göstərirlər. Klinikanın “Evdə tibbi xidmət”şöbəsi fəaliyyət göstərir. Müraciətlərə əsasən peşəkər həkim və tibb bacıları pasientin evində və iş yerində müvafiq tibbi müayinə və müalicələri yüksək səviyyədə həyata keçirirlər.
Aşağıdakı tibbi xidmətlərdən evinizdə istifadə edə bilərsiniz.
1. USM, EKQ, Rentgen və həkim müayinələri.
2. Laborator analiz nümunələrinin(qan, yaxma və s)götürülməsi.
3 Serum (sistem) taxılması, infuziyanın keçirilməsi.
4 Fizioterapiya
5. Xroniki xəstəliklə əlaqədar müntəzəm iynə vurulması, dərman qəbuluna nəzarət (Diabet və Hipertoniya)
6.Oksigen təminatı
7.Uzunmüddətli yara, yataq yarası, şəkər xəstəliyi ilə əlaqədar yaralar, müxtəlif damar xəstəlikləri nəticəsində yaranan yaralar mövcuddursa tibb bacısının baxımı.
Aşağıda adları çəkilən pasientlər üçün evdə tibbi xidmət ən rahat həll yoludur:
1. Ortopediya və Travmatologiya xəstələri;
2. İflic olan və digər nevroloji problemləri olan xəstələr; (Alzheimer, Parkinson, vs.)
3. Əzələ xəstəlikləri olan insanlar;
4. Ürək və damar xəstəliklərinə görə müalicə alan xəstələr;
5. Onkoloji və hematoloji problemləri olan xəstələr;
6. Tənəffüs sistemi narahatlıqları olan xəstələr
7. Baxıma ehtiyacı olan əlillər və yaşlılar;
8. Xəstə və ya körpəyə düzgün qulluq mövzusunda təcrübi bilgi əldə etmək istəyənlər;
9. Əməliyyatdan sonra evdə tibbi qulluğa ehtiyac olanlar.
10. Kateter baxımına və sarğılara ehtiyacı olan xəstələr.
Təcrübəli tibb bacıları növbəli rejimdə, evinizdə lazım olan tibbi xidməti həyata keçirəcəklər. Bunlarla yanaşı ehtiyac duyduğunuzda evinizə həkim dəvət edə biləcəksiniz. Nəzəri və təcrübi baxımdan peşəkar həkimlər bir 1-2 saat ərzində sizi maraqlandıran və narahat
edən suallarınıza yerində cavab verəcək və müvafiq tibbi prosedurları həyata keçirəcəklər. Bununla yanaşı, arzu etdiyiniz təqdirdə özünüzü və yaxınlarınızı check-up müayinə elətdirə bilər, müxtəlif laborator analizlərin evinizdə götürülməsini də tələb edə bilərsiniz.
Məqsədimiz bu və ya digər hallarda Sizin ilkin yardımçınız
olmaqdır.İNDİ SİZ BİZƏ DEYİL,BİZ SİZƏ GƏLƏCƏYİK!