Endokrinologiya tibb elminin çox mühüm sahələrindən biridir. Axırıncı on illiklərdə tibb elminin ayrı-ayrı sahələrinin sürətlə inkişaf etməsilə yanaşı endokrinologiya çox sürətli inkişaf etmiş və hazırda xüsusi bir elm sahəsi olaraq nəzəri, həm də təcrübi təbabətdə xüsusi yer tutur. Buna baxmayaraq endokrin sistemi orqanizmin digər orqan və sistemləri ilə üzvi bağlı olub orqanizmin üzvi funksional tamlığını təmin edir. Bu sistem sinir sistemi, qan və limfa ilə daha sıx əlaqədədir. Sinir sistemi ilə daha çox əlaqəli olduğundan hazırda neyroendokrinologiya adlı xüsusi elm sahəsi inkişaf etməkdədir. Klinikamızın bu şöbəsi endokrinoloji və maddələr mübadiləsi xəstəlikləri mütəxəssisliyi hormon xəstəlikləri ilə maraqlanır. Bildiyimiz kimi, geniş xəstəliklərin səbəbi olduğundan indiki vaxtda əhəmiyyəti getdikcə artmaqdadır. İfraz olunan müxtəlif hormon səviyyələri çox və ya az olduğunda müxtəlif xəstəliklər meydana gəlir. Şəkər xəstəliyi (Diabet), köklük, tiroid xəstəlikləri ən çox bilinən endokrinojik xəstəliklərindəndir