Azərbaycanın qabaqcıl klinikalarından olan Baku City Hospitalda dermatologiya şöbəsi xidmət göstərir. Bu şöbədə bir çox dəri və zöhrəvi xəstəliklərinin klinikamızın peşəkar həkimləri tərəfindən diaqnostikası və müalicəsi aparılır. Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.Şöbəmiz həm böyüklərə həm də kiçiklərə xidmət göstərir və aşağıdakı xəstəlikləri əhatə edir:
Göbələk xəstəlikləri
Allergik reaksiyalar
Ziyil və döyənəklər
Dərman reaksiyaları
Ekzema və dermatitlər
Sızanaqlar
Tük kökünün xəstəlikləri
Gənələrin törətdiyi xəstəliklər