Ümumi Cərrahiyyə, bədəndə sistemik və yerli fəsadların cərrahi üsullarla müalicəsi ilə bir yerdə, ümumi (yara yaxşılaşması, yaralanmaya metabolik və endokrin cavabı kimi) məsələləri əhatə edən və onların inkişafı baxımından bir çox cərrahi və əsas tibb sahəsinə birbaşa təsir etmiş bir texniki intizamdır.
Ümumi Cərrahiyyə xəstələrinin böyük bir hissəsi müxtəlif tipdə xərçəng xəstəliklərindən ibarətdir. Bu xəstələr üçün diaqnostik, əməliyyat və sonrakı müalicə mərhələlərinin planlaşdırılması Qastroenteroloji, Radyologiya/ icraedici Radyologiya, Patologiya, Medikal və Radiasiya Onkologiyası ilə əməkdaşlıq içində fəaliyyət göstərir.
Ümumi Cərrahiyyənin bir digər maraq sahəsi də travmatologiyadır. Travmalı xəstələrdə tez-tez orqan yaralanmalarının yaranması səbəbiylə Ortopedik,Neyrocərrahiyyə, Urologiya, Ürək və Damar Cərrahiyyəsi hissələri ilə birlikdə hərəkət edilir. Xüsusilə şiddətli çoxlu orqan yaralanmalarında, bütün bu tibb sahələrinin koordinasiyasını Ümumi Cərrahiyyə Bölümü daşımaqdadır.
Ümumi Cərrahiyyə xəstələrinin müalicəsində ən əhəmiyyətli mərhələlərdən biri də əməliyyat sonrasında xəstənin ən qısa müddətdə əvvəlki həyatına dönəcək hala gəlməsidir. Bu da Fiziki Müalicə və Reabilitasiya bölümü ilə yaxın əməkdaşlıq içində olmaqla həyata keçirilir.