EMQ NƏDİR?
EMQ sinir sistemi xəstəliklərində diaqnoz qoymaq və ortaya çıxan hərəkət
pozğunluqların dərəcəsini ölçmək və
bununla yanaşı aparılan müalicənin təsirini dəyərləndirmək üçün istifadə olunan
müayinə üsuludur.EMQ sinir və əzələlələrin
elektrik siqnalların yazılı ifadəsidir.Bu
müayinə zamanı ən çox istifadə olunan iynə elektomiyoqrafiyasıdır.Müayinə
zamanı xəstəni narahat etmədən ona elektrik cərəyanı verərək sinirlərin implus
ötürmə funksiyasının ölçülməsi həyata keçirilir.Müayinə əsasında sinir və əzələlərdə alınan impluslar yazılır və müəyyən xəstəliklərdə
diaqnoz qoymaq və qoyulan diaqnozu təsdiq etmək,hərəkət pozğunluqlarını həmçinin
struktur dəyişikliklərini dərəcəsi ölçülür. Müayinə əsasında verilən elektrik cərəyanı
dəri üzərində yerləşdirilən kağız elektrodları ilə qeyd edilir.Əzələ liflərinin
yüngül və güclü gərilmələri zamanı ayrılan impluslar ölçülür.Beləliklə xəstəliyin
vücudun harasında olduğu və xəstəliyin artma dərəcəsi ilə bağlı məlumatlar əldə
edilir.
EMQ aşağıdakı hallarda aparılır:
EMQ müayinəsi 2 mərhələdə aparılır:
I mərhələdə sinirlərə impluslar ötürülərək
onlarda yavaşlama və ya hər hansı pozulmalar olub olmadığı araşdırılır.
II mərhələdə əzələrin problemli nahiyəsinə
xüsusi iynələr batırılır, bu zaman əldə edilən nəticələr avtomatik olaraq
komputerə ötürülür.
Sinirsıxışmaları
Əl barmaqlarında uyuşmalar
Əl və ayaqlarda zəiflilik
Hiss etmə qabiliyyətinin itməsi
Bel və boyun yırtıqlarında əmələ gələn sinir zədələnmələri
Əl və dirsəkdə sinir sıxışması
Ayaqlarda sinir sıxışması
Bud və çanaqda sinir sıxışmaları
Bel və boyun yırtıqları zamanı əmələ gələn
sinir kökü zədələnmələri
Sinir sisteminin regenarativ xəstəlikləri
Xüsusi
ilə bel və boyun yırtıqları zamanı sinir zədələnməmələrin olub olmamasını
Dəqiq diaqnozu EMQ vasitəsi ilə müəyyən olunur
və xəstəyə əməliyyat təyin edilməsində
çox faydalıdır.Eyni zamanda şəkər xəstələrində tədricən yaranan əl və ayaq uyuşmaları
kimi şikayətlərə səbəb olan nervopatiyanın diaqnozunda xüsusi ilə EMQ-dən
istifadə edilir.