Notice: Undefined index: HTTP_ACCEPT_ENCODING in /home/bakucity/public_html/unknown/framework/system/start/Start.php on line 169
bakucityhospital.az 

Anadan gəlmə bud çıxığı

Tarix : 2017-08-07 12:11:00

Anadangəlmə bud-çanaq oynağı patologiyaları körpəlik və ya uşaqlıq dövrlərində meydana çıxan anatomik anomaliyaları təsvir edən ümumi bir termindir. Oynağı əmələ gətirən oynaq çuxuru (sirkə kasası) və oynaq başının (bud sümüyü başının) bir-birinə münasibətinə görə uşaqlarda displaziya, yarımçıxıq və tam çıxıq ola bilər. Bu patologiya vaxtında aşkara çıxarılıb düzgün müalicə olunarsa heç bir qalıq əlamət qalmaz. Əks halda bu xəstəlik çox ciddi əlilliyə səbəb ola bilər. Əziz valideynlər, xəstəlik nə qədər tez aşkara edilirsə müalicə o qədər də asan və səmərəli olur, tam sağalma ilə nəticələnir.klinikamızda həkim ortoped-travmatoloq ,Tibb elmləri üzrə fəlsəfə doktoru Bayram Qorçiyev və klinikamızın  həkim heyəti adı  çəkilən xəstəliyi son diaqnostika və yeni üsullarla müalicə edərək körpələrimizin şəfa tapması üçün çalışırlar!