Stomatologiya Diş və ağız
xəstəliklərini araşdırıb müalicə edən tibb sahəsidir
Stomatologiya, baş və boyun anatomiyası və xəstəlikləri, diş
cərrahiyyəsi, diş və üz Ortopediyası mövzusunda təhsil tələb edən bir ixtisas
sahəsidir. Stomatoloqlar, həmçinin ağız və diş müayinəsi, rentgen araşdırmaları
və protezlər mövzusunda da təhsil görürlər. Ağız, dişlər, diş ətləri və dil çox
sayda xəstəliyə tutula bilər. Ağız selikli qişası iltihablanmalarına ağız
iltihabı ya da stomatit deyilir.Diş-çənə sümüyünün inkişaf
anomaliyalarının,qüsurların,analitik və funksional pozğunluqların xüsusi
üsullarla profilaktika və müalicəsi ilə məşğul olan şöbəsidir.
Stomatologiyanin əsas bölmələri aşağıdakılardır:
Terapevtik stomatoloq
Endodontiya
Ortopedik stomatologiya
Uşaq stomatologiyası
Ortodontiya
Paradontologiya
Üz-çənə cərrahiyyəsi