Azərbaycanın qabaqcıl klinikalarından olan Baku City Hospitalda
dermatologiya şöbəsi xidmət göstərir. Bu şöbədə bir çox dəri və zöhrəvi xəstəliklərinin
klinikamızın peşəkar həkimləri tərəfindən diaqnostikası və müalicəsi aparılır. Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri
müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır
(bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər
tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili
orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.Şöbəmiz həm
böyüklərə həm də kiçiklərə xidmət göstərir və aşağıdakı xəstəlikləri əhatə
edir:
Göbələk xəstəlikləri
Allergik reaksiyalar
Ziyil və döyənəklər
Dərman reaksiyaları
Ekzema və dermatitlər
Sızanaqlar
Tük kökünün xəstəlikləri
Gənələrin törətdiyi xəstəliklər